Narıncı Etika Qaynar Xətti

Borusan üzvlərinin riayət etmələri lazım olan iş etik qaydaları Borusan Holding Etik Komitəsi tərəfindən müəyyən edilir. Borusan şirkətlər qrupunun işçiləri bu baxımdan etik kodeksin tətbiqi və nəzarətini üçün məsuliyyəti öz üzərlərinə götürürlər.

“Narıncı Etik Qaynar Xətti” bu məsuliyyətin bir hissəsi olaraq formalaşmışdır. Borusan işçiləri bu xəttdən yalnız öz davranışları haqqında deyil, digər Borusan işçilərinin davranışları haqqında məlumat vermək və ya məsləhət almaq üçün də istifadə edə bilərlər. Borusan şirkətlər qrupuna aid şirkətlər və işçiləri ilə əlaqəli etik standartlara riayət edilməsinə dair bütün məlumatların bu qaynar xətt vasitəsilə ötürüləcəyi gözlənilir. Etik Komitə hər cür sual və hesabata cavab verir.

Etik Komitə etik qaydaların pozulmasına dair şikayət və hesabatların araşdırılması və bununla əlaqədar olaraq qərar qəbul edilməsi sahəsində məsuliyyət daşıyır. İş Etik Komitəsinə Borusan Holding İdarə Heyətinin sədri rəhbərlik edir və yoxlamalar Borusan Holdinqin Audit Departamenti tərəfindən aparılır.

Borusan şirkətlər qrupu işçilərinin və ya İş Etik Komitəsinə göndərilən üçüncü şəxslərin bildirişləri gizli saxlanılır. Bu prosesin idarə etməsi ilə audit şirkəti KPMG məşğuldur. Yoxlama və araşdırmalar müstəqil ekspertlər tərəfindən gizli şəkildə aparılır.

Sual və bildirişlərinizi aşağıdakı kanallar vasitəsilə Borusan Holdinqin İş Etik Komitəsinə göndərə bilərsiniz:

E-mail: orangeethics@borusan.com

Website: www.orangeethics.com