Qazıcı-qoruyucu hissələr texnika əsas struktur hissələrini aşınmadan və üzərində işlədiyi materiala zərərdən qoruyur.
Onlar maşının gücünü qazılacaq materiala ötürürlər.
Onlar maşının əsas hissələrindən asanlıqla çıxarıla və montaj edilə bilən bir şəkildə hazırlanır.
Qazıcı-qoruyucu hissələr bütün şərtlərdə texnikaların tələblərinə cavab vermək üçün geniş çeşiddə hazırlanır.
Caterpillar qazıcı-qoruyucu hissələrin keyfiyyətli istehsalı üçün tələb olunan kimyəvi və fiziki-metallurgiya tələblərinə cavab verən yüksək keyfiyyətli poladdan istifadə edir.
DH-2 xəlitəli polad bir çox Cat® qazıcı-qoruyucu hissələrin istehsalında istifadə olunur.
Cat® AdvansysTM Mıx və Adapterlər
Ən çətin işlər üçün doğru həll!
MAKSİMUM SƏMƏRƏLİLİK ÜÇÜN Cat® AdvansysTM ştiftsiz qazıcı-qoruyucu hissələrin yeni nəsli
Təkərli yükləyicinizin və hidravlik ekskavatorunuzun səmərəliliyini Cat Advansys qazıcı-qoruyucu hissələrlə optimallaşdırın. Ən yeni və ən davamlı Cat sistemi ən yüksək səmərəliliyi və ən sürətli quraşdırma və sökülmə müddətini təmin edir.
Cat Advansys Sisteminin Üstünlükləri:
Yüksək səmərəlilik: Unikal mıx və adapter xüsusiyyətləri ilə ən yüksək səmərəlilik
Yüksək etibarlılıq: Bu günə qədər Caterpillar-ın ən güclü və davamlı adapterləri
Ştiftsiz quraşdırma: Heç bir xüsusi alət tələb olunmadan mıxın ən sürətli ştiftsiz çıxarılması və quraşdırılması.
Hidravlik ekskavatorlar üçün xüsusi üstünlüklər:
Təkmilləşdirilmiş mıx və adapter həndəsəsi sayəsində novların formalaşdırılması tətbiqlərində 15%-ə qədər məhsuldarlığın artması
Daha geniş üst səth, mıx torpağın üstündə hərəkət edərkən mıx və adapter üzərində sürtünməni azaldır. Azaldılmış yan sürtünmə o deməkdir ki, çalovun torpağın arasından hərəkət etməsi üçün daha az qüvvə tələb olunur.
Yanacağın effektivliyi