Mühərrik Sınaq Emalatxanası
Təcrübəli və səriştəli personal tərəfindən reviziya edilən mühərriklər maşınlara quraşdırılmazdan əvvəl dinamometrə qoşularaq sınaqdan keçirilir. Bu sınaq müddətində reviziya edilmiş mühərrikin gücü və dönmə momenti ölçülərək standart dəyərlərlə müqayisə edilir, və həssas tənzimləmələrlə mühərrikin fəaliyyətinin ən yüksək səviyyədə olması təmin edilir. Bununla da emalatxanada reviziya edilən bütün mühərriklərin 100% keyfiyyət nəzarəti maşına quraşdırılmazdan əvvəl həyata keçirilir.
Nasos Sınaq Emalatxanası (Yanacaq Nasosu və İnjektor Sınağı)
Mühərrik yanacaq sistemi müasir texnikaların kataloq dəyərlərinə uyğunlaşdırılaraq müştərinin mühərrikdən ən yüksək səmərəliliyi alması təmin edilir və yanacaq israfının qarşısı alınır. Mühərrikin reviziya edilməsi müddətində yanacaq nasosu, injektorlar, su nasosu, starter mühərrik, dəyişən cərəyan generatoru və turbo kimi bütün köməkçi avadanlıqlar istəkdən asılı olmayaraq zəruri yoxlamalardan keçirilir və reviziya edilir. Bu işlər mühərrikin reviziya xərcinə daxildir və bunun üçün heç bir əlavə ödəniş tələb edilmir.
Palet Presi
Yağlı və quru zəncirlər spesifikasiyalara uyğun olaraq reviziya edilir və müştərilərə zəncir ömrü ən yüksək səviyyədə təqdim edilir.
Silindrin Reviziyası və Cilalama Dəzgahı
Hər ölçülü hidravlik silindrlər müasir, yüksək texnologiyalı dəzgahlarda sökülür, bütün yoxlamalar aparılır, və zəruri olanlar cilalanır.
Yığılma prosesindən sonra silindrlər daxili sızma sınağından keçirilərək 100% keyfiyyət nəzarəti həyata keçirilir.
Qaynaq Emalatxanası (Qaynaq işləri və şassinin yenilənməsi)
Qaynaq emalatxanasında Caterpillar®-ın tövsiyə etdiyi uyğun sərtlikdə qaynaq məftilindən istifadə edilərək flyüs altında qaynaq metodu ilə istiqamət təkəri və diyircəklərin qaynay edilməsilə sərfəli həllər hazırlanır.
Sobalı boya kabinəsi
Müvafiq standartlara uyğun sobalı boya kabinəsinin köməyilə emalatxanamıza gətirilən bütün dəzgahların istəyə uyğun olaraq bütünlüklə və ya zədə almış hissələri orjinal Cat boyası ilə yeni dəzgah keyfiyyətində boyana bilər. Boyanan və etiketi dəyişdirilən dəzgahlarınız yeni kimi olacaq və eyni zamanda satış dəyərləri də artacaq.
Çirkliliyə Nəzarət
Çirkliliyə Nəzarət bütün xidmət prosesi mərhələlərində çirkliliyi məhdudlaşdıran və qəbul edilə bilən səviyyəyə endirən praktika və qaydalar toplusudur. Çirkliliyə Nəzarət Caterpillar, Borusan Makina və siz müştərilərimizin cavabdeh olduğu hər bir dəzgah və komponentin "Hazırlama, İstehsal, Texniki Təminat, Təmir və İşlətmə" mərhələlərindəki 4 əsas başlıqlı "Təmizlik Qaydaları"na əməl edilməsilə təmin olunur: Təmiz Emalatxana, Təmiz Proses Mərhələləri, Təmiz Komponent və Təmiz Yağ.
Son illərin yüksək texnologiyalı komponentlərinin istifadə edildiyi Caterpillar dəzgahları yüksək xidmət bilikləri və iş vərdişləri tələb edir. Bu dəqiqlik dəzgahınıza dəyər qatır. Çirkliliyə Nəzarət Proqramı yeni xidmət anlayışının mühüm hissəsidir. Borusan Makina CAT nümayəndələri arasında bütün emalatxanaları Caterpillar-ın ən yüksək reytinq səviyyəsi olan 5 ulduz sertifikatına malik aparıcı nümayəndələrdən biridir. CAT tərəfindən səlahiyyətləndirilmiş xidmət personalı proqramın koordinasiyası və tətbiqi ilə əlaqədar CAT və müştərilər qarşısında məsuliyyət daşıyır. Çirkliliyə Nəzarət proqramına eyni zamanda xarici xidmət fəaliyyətlərimiz zamanı təmin edilən sistem təmizləməsi, hissəciklərin sayılması və SOS proqramlı yağ analizi xidmətləri də daxildir. Çirkliliyə Nəzarət proqramı və SOS yağ analizi xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün satış təmsilçiniz və ya sizə ən yaxın xidmət şöbəmiz ilə əlaqə saxlaya bilərsiniz.
Çirklilik nədir?
Çirklilik yağında içində olan, lakin ona aid olmayan hər şeydir. Zərrəcik şəklində çirklilik ən geniş yayılmış növüdür. Bunlar metal, qaynaq şlakı, boya zərrəcikləri, liflər, kipləşdirici elementlər kimi metariallar olub yalnızca bir neçə mikron ölçüsündədir. Bir mikron bir metrin milyonda biridir. İstilik, su, hava və digər mayelər də çirkləndirici maddələrdir. Bu çirkləndirici maddələr birləşdikdə yağın kimyəvi strukturunu pozur və onun oksidləşdirici və turşulu vəziyyətə gəlməsinə səbəb olur. Zərrəcik çirkliliyi və yağın kimyəvi dəyişikliyə məruz qalması dəzgahda vaxtından əvvəl nasazlıq yaranmasına səbəb olur. Malik olduğumuz səriştə sayəsində hər texniki təminat və ya reviziyadan sonra dəzgahınızın hidravlik sisteminə zəmanət veririk. Eyni zamanda, SOS proqramlı yağ analizi ilə yağın vəziyyətini nəzarət altında saxlayırıq.
Çirkliliyə Nəzarətin əhatə etdiyi tətbiqlər:
- Yağların Caterpillar standartlarına cavab verdiyini hissəciklərin sayılması ilə izləyir.
- Bütün yeni yağları filtrdən keçirir, zəruri olduqda onları filtrdən keçirməklə təmizləyir.
- Yağ təmizliyi tələb edilən standartların üzərindədir.
- Komponent və şlanqlar təmizlənir və təmiz saxlanılır.
- Sökülmə və komponentlərin reviziya sahələri təmiz saxlanılır.
- Sökülmə və reviziya işləri xüsusi sahələrdə yerinə yetirilir.
- Detallar istifadə edilənədək orijinal qablaşdırmalarında saxlanılır.
- Bütün detalların toz izolyasiyası təmin edilmişdir.
- Emalatxana və xarici xidmət vasitələrinin təmizliyi və nizam-intizamı mükəmməldir.